;

Avtomatlaşdırılmış idarəetmə və mühafizə  sistemlərinin  sənayemizin və məişətimizin bütün sahələrinə geniş tətbiqi bu sahə ilə  professional şəkildə məşğul  ola biləcək bir qurumun yaranmasını zəruri etdi. Bu sahədə ilk Azərbaycan firması olan  "Omeqa"  şirkəti 1999-cu ildə bu zərurətdən yaradılmışdir. Həm nəzəri, həm texniki və həm də maliyyə sahəsində böyük təcrübəyə malik kadrlardan təşkil olunan şirkətimizin birinci və əsas məqsədi Sifarişçilərin maraqlarının qorunması və onlara xidmətin yüksək səviyyədə təşkili olmuşdur. Az zaman intervalında Sifarişçilərin etimadını qazanan şirkətimiz ikinci əsas məqsədinə - dünyada bu sahə üzrə əsas istehsalçı firmalarla biznes əlaqələrinin yaradılmasına nail oldu. Strategiyanı müəyyən etdikdən sonra kadr ehtiyatlarının gücləndirilməsi məqsədilə mühəndislərimizin xaricdə təhsil alması və təcrübə keçməsi məqsədilə geniş proqram tərtib edərək həyata keçirdik. Bu gün mühəndislərin hər biri xarici şirkətlərdən alınmış sertifikatlara malikdir.

Biz müştərilərimizə təhlükəsiz, rahat və səmərəli bir mühit yaratmaq üçün sənaye obyektlərinin və inşaat mühəndisliyinin tikintisi, təhlükəsizlik sistemləri və informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyası, elektriik və su təchizatı, mikroiqlim nəzarətinin və bina idarəetmə sistemlərinin tətbiqi, həmçinin sənaye avtomatlaşdırılması üzrə açar həllər təklif edirik.
Biz müştərilərimiz üçün keyfiyyətli və etibarlı innovativ texnologiyalar və ən yaxşı mühəndislik həllərini istifadə edərək, yaratdığımız təhlükəsiz, rahat və səmərəli mühitə görə iş və həyatlarında ən yaxşı performansa nail olacaqlarına inanırıq.
• Mükəmməllik: Biz daim xidmətlərimizin keyfiyyətini və işçilərimizin bacarıqlarını inkişaf etdirir, onları peşə bacarıqları, bilik və təcrübələrini artıracaq ixtisas-yönümlü təlimlərlə təmin edirik. • Yüksəlmə: Biz ən son dəyişikliklərə və texnologiyalara əsaslanan innovativ mühəndislik həllərini təklif edirik.

Komandamızla Tanış Olun