;

GIRIŞ-ÇIXIŞ NƏZARƏT SISTEMI

NƏZARƏT SISTEMLƏRIN VƏ DAXIL OLMANIN IDARƏ EDILMƏSININ ƏSAS KOMPONENTLƏRI

İdentifikator - sahib olan insanın hüquqların müəyyən edilməsi üçün açardır. Bu kontaktsız kart (Proximity) və ya brelok ola bilər. Həmçinin identifikator  kimi klaviaturada yığılan kod və ya insanın bir sıra biometrik əlamətləri - barmaq izləri, gözün tor qişasının və ya qüzehi qişasının şəkli - istifadə oluna bilər.  

Kontroller - sistemin əsas hissəsidir. Məhz kontroller insanın içəri keçib keçməməsinə dair qərar qəbul edir.  Kontrollerin yaddaşında identifikatorların kodları saxlanılır.

OXUCU - IDENTIFIKATORUN KODUNU OXUYAN VƏ KONTROLLERƏ ÖTÜRƏN MEXANIZMDIR.

Kiçik obyektlər üçün nəzarət sistemləri və daxil olmanın idarə edilməsi
Orta dərəcəli nəzarət sistemləri və daxil olmanın idarə edilməsi
NStar Kontrolleri
N-1000 seriyalı kontroller
NetAXS kontrolleri Win-Pak PE/SE proqram təminatı

Kiçik obyektlər üçün nəzarət sistemləri və daxil olmanın idarə edilməsi

Nəzarət sistemləri və daxil olmanın idarə edilməsini kiçik və orta obyektlərdə quraşdırılması üçün "Omeqa" şirkəti Honeywell istehsalı olan NStar kontrollerlərini təklif edir. Onlar iki və onlarla oxucusu olan sistemlər üçün qənaətli həlldir.

NStar-ın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, kontrollerin tədarükünün standart komplektinə proqram təminatı, idarə etmə və proqramlaşdırma daxildir. Beləliklə, əsas dərəcə üçün funksional bitmiş sistemin alınması üçün kontrollerə akkumulyator və qıfıl əlavə edilməlidir. NStar kontrollerləri televiziya nəzarəti, mühafizə və yanğın sistemləri daxil olan Honeywell təhlükəsizlik sistemlərinə asanlıqla birləşdirilir.

NSTAR NS2 VƏ NS2+ KONTROLLERLƏRIN ƏSAS XÜSUSIYYƏTLƏRI

  • NStar proqram təminatı əsas komplektə daxildir və bu funksional bitmiş sistemin qiymətini endirir.
  • Oxuyucular üçün iki port və/və ya klaviatura (Viqanda interfeys).
  • 2000 istifadəçi kartlıq və 10000 hadisəlik əsas yaddaş NS2.
  • 10000 kartlıq və 100000 hadisəlik yaddaşın genişləndirilməsi (NS2MEM modulun köməkliyi ilə).
  • 10000 kartlıq və 100000 hadisəlik əsas yaddaş NS2+.
  • Proqramlaşdırılmış sxemlə 8 şleyf girişlər.
  • 12 V daimi cərəyan, 600 mA oxucuların və digər xarici mexanizmlərin təchiz edilməsi üçün çıxış.
  • Kompüterlə əlaqə üçün quraşdırılmış port RS-232.
  • Bayramqabağı günlər üçün individual iş rejimin verilməsi imkanı.
  • Müxtəlif rejimlərdə təkrar keçmənin nəzarəti: "zərif", "sərt". Təkrar keçmənin qlobal nəzarəti.
  • TCP/IP protokollu kompüter şəbəkəsinə birbaşa qoşulma.

 

  • Şəbəkəyə birləşmək üçün quraşdırılmış interfeys RS-485.

 

Orta dərəcəli nəzarət sistemləri və daxil olmanın idarə edilməsi

"Omeqa" şirkəti Honeywell firmasının istehsalı olan orta dərəcələr üçün nəzarət sistemlərini və daxil olmanın idarə edilməsini təklif edir. Bu sistemlər özündə geniş funksional imkanları, asan quraşdırılma və proqramlaşdırılmanı birləşdirir. Win-Pak SE proqram təminatı Win-Pak 2005 inkişafıdır. Yeni variantda Galaxy mühafizə-yanğın siqnalizasiya sistemlərin, Fusion video nəzarət sistemin, Lobby Works müştərilərin qeydi sistemin birləşməsi mümkündür.

 N-1000 seriyalı kontrollerlər - iki (N-1000-III modeli) və ya dörd (N-1000-IV) oxucunun qoşulma sisteminin təşkil edilməsi üçün nəzərdə tutulub.

NetAXS seriyalı İP-kontrolleri - Web-interfeysin və ya standart proqram təminatı WIN-PAK-ın köməkliyi ilə sistemin monitorinqini, idarə etməsini və proqramlaşdırılmasını həyata keçirməyə imkan verir. NetAXS seriyalı kontroller N-1000 seriyalı kontrollerlər bazasında sistemlərin genişləndirilməsi və ya dəyişdirilməsi üçün istifadə edilə bilər.

 

N-1000 seriyalı kontrollerlər

Dünyada 100000 artıq N-1000 seriyalı kontrollerlər quraşdırılıb və istifadə edilir. N-1000 seriyalı kontrollerlər müvəffəqiyyətlə iri banklarda, bir çox sənaye, neftçıxarma və neft emal edən müəssisələrdə işləyir. 

 

 

Honeywell firmasının N-1000-IV kontrolleri nəzarət sistemlərin və daxil olmanın şəbəkə idarə edilməsi, mühafizə siqnalizasiyanın, iş vaxtının qeydi və binanın həyat təminatının idarə edilməsi mühəndis sistemlərin qurulması üçün mexanizmdir. Güclü  prosessoru olan N-1000-IV kontrolleri 4 oxucu ilə işləyir, 25000 müştərinin qeydini aparır, mühafizə siqnalizasiya girişlərini qurmağa imkan verir.  N-1000-IV kontrolleri maqnit kartların, Veyqand kartların oxucularını, proksimiti, biometrik oxucuları və s. dəstəkləyir. Kontroller icra mexanizmləri -  elektrik qıfılları, turniketləri, avtomatik qapıları, şlaqbaumları, darvazaları, liftləri idarə edir.  İstifadəçilər, onların daxil olma hüquqları, müvəqqəti zonalar və digər parametrlər haqqında məlumat kontrollerin daxili yaddaşında saxlanılır və bu kontrollerə muxtar rejimdə işləməyə imkan verir.  Sistemin proqramlaşdırılması, real vaxt rejimində idarə edilməsi və hadisələrin kompüterin ekranında göstərilməsi üçün WIN-PAK proqram təminatı istifadə olunur.

 

N-1000-IV kontrollerin funksional imkanları  

 

Saxlanılan oxucuların/klaviaturaların  sayı

4/2 və ya 0/4

Müştərilərin, insanların maksimal sayı

5 000 (25 000*)

Yaddaş buferin, hadisələrin həcmi

10 200 (6 600*)

Rele çıxışların sayı

4 (24*)

Müvəqqəti zonaların sayı

63

Həyəcan girişlərin sayı

16 (normal qıfıllanmış / açılmış kontaktlar)

Yaddaşın, günlərin qidalanması ehtiyatları

7

RS-485 interfeysin istifadəsi ilə sistemin genişləndirilməsi

31 kontrollerə qədər (124 oxucu, 496 siqnalizasiya girişləri) hər bir ardıcıl port üçün

"20 mA tok ilgək" interfeysin istifadəsi ilə sistemin genişləndirilməsi

63 kontrollerə qədər (252 oxucu, 1008 siqnalizasiya girişləri) hər bir ardıcıl port üçün

*- genişlənmədə maksimal dəyərlər mötərizədə göstərilib

NetAXS kontrolleri

Honeywell firmasının istehsalı olan NetAXS kontrolleri Web-interfeysin və ya standart proqram təminatı WIN-PAK-ın köməkliyi ilə sistemin monitorinqini, idarə etməsini və proqramlaşdırılmasını həyata keçirməyə imkan verir.  Bir neçə istifadəçi şəbəkə ilə eyni zamanda NetAXS-la işləyə bilərlər.

NetAXS-ın quraşdırılmış Ethernet portu, və bank sistemlərində istifadə olunan məlumatların şifrləmə protokolunu SSL (Secure Socket Layer) dəstəkləyən Linux Web-serveri var. Kontroller şəbəkə mühafizə sistemi ilə birlikdə kompüter şəbəkəsində işləyərkən (İnternet daxil olmaqla) DoS (Denial of Service) hücumundan və açıq portlar üzrə hücumlardan yüksək dərəcəli təhlükəsizliyi təmin edir. NetAXS Rusiyada və bütün dünyada bir çox obyektlərdə quraşdırılıb. NetAXS N-1000 seriyalı kontrollerlər bazasında sistemlərin genişləndirilməsi və ya dəyişdirilməsi üçün istifadə edilə bilər.

 

 

ƏSAS XÜSUSIYYƏTLƏR

  • 4 oxucuya kontroller, 124 oxucuyadək genişləndirilmə (bir şəbəkədə)
  • 10000 kartlıq əsas yaddaş
  • 25000 hadisəlik əsas yaddaş
  • 8 quraşdırılmış rele, hər kontrollerə 64 releyədək genişləndirilmə
  • 14 quraşdırılmış universal siqnalizasiya şleyfi,  hər kontrollerə 64-dək genişləndirilmə
  • Linux bazasında quraşdırılmış Web-server
  • Web-interfeysdən hadisələrin monitorinqi
  • Qapıların, siqnalizasiya şleyflərin və rele çıxışların əl ilə idarə edilməsi
  • Müxtəlif quraşdırılmış interfeyslər: RS-232, RS-485 və Ethernet
  • RS-485 şəbəkəsinə birləşmək üçün quraşdırılmış interfeyslərin dəyişdiricisi (N-485-PCI-2 dəyişdirici tələb olunmur)
  • N-1000* kontrollerlər seriyası ilə əks uyğunluq
  • Rezerv qidalanma batareyası 12 V

Quraşdırılmış Web-server

NetAXS-ın  sistemin monitorinqini, idarə etməsini və proqramlaşdırılmasını təmin edən quraşdırılmış Web-serveri var.

 

Web-interfeysin imkanları:

  • Həyəcan və xidməti hadisələrin distansiya monitorinqi
  • Hesabatların yaradılması
  • Oxucuların, qıfılların və digər qurğuların idarə edilməsi
  • Bir neçə şəbəkə iş yerlərin eyni zamanda qoşulması
  • Xüsusi funksiyalar: iki (və daha çox) şəxslərin üsulu
  • Direktorun xüsusi kartı; müştərilərin bərabər keçməsi; kartla keçmələrin sayının məhdudlaşdırılması
  • Qlobal zaman zonaları
  • Zaman serveri üzrə kontroller saatların avtomatik sinxronizasiyası

Win-Pak PE/SE proqram təminatı

  • Honeywell daxil olmanın nəzarət sistemlərinin monitorinqi və idarə edilməsi: NS2+ (NStar), N-1000, PRO-2200 və PW-5000
  • Sistemlərin birləşməsi:
    • Galaxy mühafizə-yanğın siqnalizasiyası
    • Fusion video nəzarət
    • LobbyWorks müştərilərin qeydi
  • Miqyaslanan qərarlar:
    • 31 500 qapıyadək nəzarət,
    • Kartların qeyri-məhdud sayı,
    • Çoxlu iş yerləri,
    • Territorial-bölüşdürülmüş sistemlər
  • Windows xidmətlərin dəsti şəklində reallaşdırılma  -operatorun fəaliyyətindən asılı olmayaraq yüksək davamlılıq və etibarlılıq.

Win-Pak SE/PE - Honeywell şirkətinin Win-Pak proqram təminatının yeni versiyasıdır.  Win-Pak SE/PE daxil olmanın nəzarətini, rəqəmsal televiziya nəzarətini və mühafizə-yanğın siqnalizasiyasını vahid təhlükəsizlik sisteminə birləşdirir.

Bir və ya böyük sayda obyektləri əhatə edən sistemin tam miqyaslı idarə edilməsi mümkündür. Siz istənilən şəbəkə iş yerindən sistemin idarə edilməsini, monitorinqini və proqramlaşdırılmasını keçirə bilərsiniz.

Win-Pak SE/PE əsas fərqləndirici xüsusiyyəti -  Windows xidmətlərin dəsti şəklində reallaşdırılıb. Kontrollerlər və digər avadanlıqlar bilavasitə kompüter şəbəkəsinə və ya şəbəkədə olan müxtəlif kompüterlərə qoşulur.

Win-Pak SE/PE Windows Vista Business, Windows XP Proffessional SP2, Windows 2003 Server sistemlərində işləyir.

WIN-PAK SE/PE - VAHID BIRLƏŞDIRILMIŞ TƏHLÜKƏSIZLIK SISTEMIN PLATFORMASIDIR.

 

Win-Pak SE/PE rəqəmsal videoregistratorlar Honeywell Fusion ilə tam birləşməni verir. Birləşmə videosurətlərin yazılması və baxılması televiziya nəzarəti sistemini istifadə etməyə imkan verir.  Win-Pak SE/PE protokolundan hadisələr video fraqmentlərlə birləşir. Win-Pak pəncərəsində 16 kameraya qədər göstərilmə nəzərdə tutulub.  

Honeywell Galaxy mühafizə-yanğın siqnalizasiya panelləri ilə birləşmə Win-Pak SE/PE-yə imkan verir:

  • Bir neçə Galaxy panellərin monitorinqini keçirtmək;
  • Mühafizədən Galaxy bölmələrin təşkil/ləğv edilməsini idarə etmək;
  • Mühafizə üzrə individual şleyfləri xaric/bərpa etmək

Virtual klaviaturanın köməkliyi ilə operator Galaxy panelini Win-Pak pəncərəsindən idarə edə bilər.  

Niyə bizi seçməli

TEZ CAVAB VERMƏK

Təcili cavaba bir saat və ya daha az vaxt ərzində reaksiya verərik. Canlı bir şəxs zənginizə cavab verəcək. PC və ya serverinizə uzaqdan daxil ola bilərik və bir çox məsələni dərhal həll edə bilərik.

TƏCRÜBƏLİ

Yalnız təcrübəli, ən azı 5-10 il təcrübəsi olan və ümumiyyətlə daha çox peşəkarı işə cəlb edirik. Texniki işçilərimizə ən son texnologiya ilə mövcud qalmalarını təmin etmək üçün mütəmadi olaraq davamlı təhsil imkanları təqdim edirik.

BİZNESƏ QƏNAƏT

Şirkətiniz üçün iş mənfəətinin hərtərəfli başa düşülməsindən texnoloji həlləri dizayn edirik, qiymətləndiririk və əsaslandırırıq.

NÜFUZLU

OMEGA şirkəti 1999-cu ildən bəri cəmiyyətdə və sənayedə hörmətli bir liderdir. Ən qürurlu işimiz, ildən-ilə bizə etibar edən çoxsaylı uzunmüddətli müştərilərdir.